Aİ–ABŞ ticarət sazişi üzrə danışıqlar nəticəsiz qaldı


Avropa Birliyi (AB) institutları Aİ–ABŞ ticarət sazişinin yekun forması ilə bağlı aparılan danışıqlarda hələlik tam razılığa gələ bilməyiblər.

Turkustan.az xəbər verir ki, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange bildirib ki, AB nümayəndələri və üzv dövlətlər arasında Aİ–ABŞ ticarət müqaviləsi üzrə danışıqların ikinci mərhələsi davam edir.

Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, proses hələ yekunlaşmayıb. Xüsusilə müqavilədə nəzərdə tutulan təhlükəsizlik mexanizmləri, eləcə də əsas tənzimləmələrin yenidən baxılması və qiymətləndirilməsi ilə bağlı müzakirələrdə irəliləyiş var.

Lange vurğulayıb ki, məqsəd ticarət sazişinin mahiyyətini və əsas prinsiplərini qorumaqdır və tərəflər bu istiqamətdə sürətli, eyni zamanda məsuliyyətli şəkildə işləməyə davam edirlər.

Növbəti danışıqlar raundunun mayın 19-da Strasburqda keçiriləcəyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ