ABŞ prezidenti Donald Trampın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün başlatdığı "Azadlıq Əməliyyatı" Körfəzin əsas müttəfiqinin dəstəyini geri çəkməsindən sonra başladıqdan cəmi 36 saat sonra dayandırılıb.
Turkustan.az xəbər verir ki, NBC News-un iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, qərarın əsas səbəbi Səudiyyə Ərəbistanının ABŞ ordusunun bazalarından və hava məkanından istifadəsinə icazə verməkdən imtina etməsi olub.
İddialara görə, Tramp administrasiyası tərəfindən başladılan əməliyyat Körfəz ölkələri üçün sürpriz olub. İddia edilirdi ki, ABŞ əməliyyatdan əvvəl bölgədəki müttəfiqlərini məlumatlandırmayıb.
Səudiyyə Ərəbistanı hökuməti Ər-Riyadın cənub-şərqində yerləşən ABŞ-a məxsus Şahzadə Sultan Hava Bazasının istifadəsinə və ya Amerika təyyarələrinin hava məkanından keçməsinə icazə verməyəcəyini bildirmişdir. Rəsmilər bölgənin coğrafi şəraitinə görə hava məkanından istifadə üçün müttəfiqlərin dəstəyinin vacib olduğunu vurğulamışlar.
Aytən Yaşar/ Turkustan.az