Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanı məhkəməyə verəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə “Facebook” səhifəsində canlı yayım zamanı danışıb.
O, Karapetyanın bir müddət əvvəl səsləndirdiyi iddiaya münasibət bildirib.
Qeyd edək ki, Karapetyan Paşinyanın bir il əvvəl Çində restoranlardan birində hallüsinasiya yaradan göbələk yediyini, bunun onun çox xoşuna gəldiyini və daha sonra həmin göbələkdən bir ton Ermənistana gətirərək hər gün istifadə etdiyini iddia etmişdi.
Paşinyan bu sözlərə sərt cavab verib:
“Əlbəttə, mən Kaluqa oliqarxını məhkəməyə verəcəyəm və sözün birbaşa hüquqi mənasında onu bir ton hallüsinasiya yaradan göbələklə yedizdirəcəyəm. Kəskin leksikama görə üzr istəyirəm, amma axı hər şeyin bir həddi var”, - deyə Ermənistanın Baş naziri bildirib./Bizim.Media