Türkiyə "PAMİR" zirehsiz maşını TƏQDİM ETDİ


Türkiyənin "PAMİR 4x4" zirehsiz avtomobili "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub.

1500 at gücünə malik avtomobilin NATO sınaqlarından uğurla keçdiyi bildirilib.

Avtomobili istehsal edən BMC şirkətinin rəhbəri Fuat Tosyalının sözlərinə görə, "PAMİR 4x4" Silahlı Qüvvələrin həm şəxsi heyətini, həm də yükləri daha çevik şəkildə daşıya biləcək zirehsiz yüngül nəqliyyat vasitəsinə yaranan ehtiyaca görə istehsal edilib.

O bildirib ki, avtomobil həm şəxsi heyət və həm də yüngül yüklərin çətin ərazi şəraitində praktik daşınmasını təmin edəcək.//Report


MANŞET XƏBƏRLƏRİ