İranlı qanunverici ölkənin hava hücumundan müdafiə sistemlərinə meydan oxuya biləcək raket qabiliyyətlərinə malik olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bu bəyanat bölgədə gərginliyin artdığı bir vaxta təsadüf edir.
İran parlamentinin 90-cı maddə komissiyasının sədr müavini Hüseynəli Hacıdeliqani bəyan edib ki, bəzi raketlər 80 ayrı bombaya və ya döyüş başlığına bölünə bilir. Onun sözlərinə görə, eyni vaxtda 10 raketin buraxılması 800 hədəfin vurulması deməkdir.
İranlı deputat bu qabiliyyətin ABŞ-ın hava hücumundan müdafiə sistemlərini aşa biləcəyini iddia edərək bildirib: “Hansı THAAD, hansı Patriot bunları vura bilər?”
Sözügedən açıqlama Yaxın Şərqdə hərbi gərginliyin artdığı və İranın raket imkanlarının yenidən yenidən diqqət mərkəzinə gəldiyi bir dövrdə səsləndirilib.
Aytən Yaşar/ Turkustan.az