Əfvlə bağlı mühüm açıqlama: Noyabrda...


Hüquq müdafiəçisi Novella Cəfəroğlu 28 May ərəfəsində məhbuslarla bağlı əfv sərəncamının olacağına dair gözləntilərə münasibət bildirib.

Bu barədə Pravda.az-a açıqlama verən N.Cəfəroğlu deyib ki, bu aylarda əfv olmayacaq.

“Biz də gözləyirdik, amma eşitdiyimə görə, əfv sərəncamı noyabr ayına qalıb. Bizi də həbsxanada olanların, xüsusilə ictimai şəxslərin, siyasətçilərin vəziyyəti narahat edir. Onların arasında xəstələr də var. Çalışacağıq ki, ağır xəstələri elə məhkəmələrdən azad etsinlər”, - o bildirib.


MANŞET XƏBƏRLƏRİ