Cənubi Koreya ABŞ-ın elan etdiyi "Azadlıq Layihəsi"nə qoşulmağı düşünür


Cənubi Koreya hökuməti ABŞ-ın Hörmüz boğazında ilişib qalan gəmilərə kömək etməyi hədəfləyən "Azadlıq Əməliyyatı" təşəbbüsündə iştirak etməyi nəzərdən keçirir.

Turkustan.az xəbər verir ki, “The Korea Times” qəzetinin məlumatına görə, prezident Sarayı “Cheong Wa Dae” ABŞ prezidenti Donald Trampın elan etdiyi “Azadlıq Layihəsi” təşəbbüsü ilə bağlı açıqlama yayıb.

Hörmüz boğazında Cənubi Koreyaya məxsus gəminin dünən atəşə tutulmasından sonra hökumət verdiyi açıqlamada bildirib ki, "Hökumət beynəlxalq dəniz nəqliyyatında təhlükəsizlik və naviqasiya azadlığının bütün ölkələrin ortaq maraqlarına uyğun olması və beynəlxalq hüquq çərçivəsində qorunması prinsipinə sadiqdir".

Bəyanatda ABŞ-ın Hörmüz boğazı ilə bağlı təklifinin bu prinsip, Koreya yarımadasındakı hərbi hazırlıq və daxili hüquqi qaydalar çərçivəsində qiymətləndirildiyi və Cənubi Koreya ilə ABŞ-ın Hörmüz boğazı da daxil olmaqla, mühüm su yollarının təhlükəsiz istifadəsi ilə bağlı sıx əlaqədə olduğu qeyd edilib.

Mayın 4-də ABŞ Prezidenti Donald Tramp elan etdi ki, ABŞ Hörmüz boğazında ilişib qalmış və Yaxın Şərq böhranı ilə əlaqəsi olmayan "neytral" ölkələrdən gələn gəmilərə kömək etməyə başlayacaq və onların boğazdan keçməsinə icazə verəcək. O, bu təşəbbüsü "Azadlıq Layihəsi" adlandırdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ