Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb.
Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq, bildirilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçimi ilə bağlı müraciətləri qeydə alınıb:
2024-cü ildə 62, 2025-ci ildə 52, 2026-cı ilin ilk 3 ayı ərzində isə 6 kişi nikaha daxil olarkən qadının soyadını qəbul edib.
Eyni zamanda, qadınların ikili soyad seçiminə müraciətləri daha yüksək olub. Belə ki, 2024-cü ildə 802, 2025-ci ildə 1052, 2026-cı ilin ilk üç ayında isə 174 qadın nikaha daxil olarkən öz soyadını ərinin soyadı ilə birləşdirib.