Ermənistanın Baş naziri Nikol Paşinyanın jurnalistin sualına cavabı müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, jurnalist Paşinyandan yenidən seçiləcəyi halda Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxıb-çıxmayacağını soruşub.
Həmçinin ölkənin Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət etməyə hazır olub-olmadığına dair sual ünvanlayıb.
Maraqlıdır ki, Paşinyan suala birbaşa cavab verməyib və Ermənistan–Aİ münasibətlərində “böyük potensial” olduğunu vurğulayaraq, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün irəliləmək niyyətində olduqlarını deyib.
Baş nazirin Aİİ və Avropa İttifaqı ilə bağlı suala konkret cavab verməməsi, mövzunu Aİ ilə ortaq layihələrə yayındırması birmənalı qarşılanmayıb. /Globalinfo.az/