Rusiya qoşunları Kupyansk istiqamətində hücumların sayını tədricən artırır. Düşmən Xarkov vilayətinin Kupyansk şəhərinə Oskol çayının həm sağ, həm də sol sahilindən yaxınlaşmağa çalışır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın 43-cü mexanikləşdirilmiş briqadasının zabiti Artur Martirosyan məlumat verib.
Onun sözlərinə görə, iki gün əvvəl Kupyanskda növbəti “bayraq sancma” cəhdi olub:
“Beş nəfərlik qrup idi. Üçü hələ yaxınlaşarkən məhv edildi. İkisi isə Kupyanska çataraq Rusiya bayrağını qaldırmaq istəyirdi. Onlar beşmərtəbəli binaya daxil oldular və həmin bina da zərbə altına düşdü. Onlardan biri təslim olmaq qərarına gəldi, digəri isə beşinci mərtəbənin pəncərəsindən atıldı”.
O qeyd edib ki, ümumilikdə, bir həftə ərzində rusların 50-yə yaxın hərbçisi məhv edilib. /axar.az/