ABŞ-ın İrana qarşı dəniz blokadası davam edərkən, Tehran administrasiyası diqqətçəkən addım atıb.
Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İKK) Hörmüz boğazında iki gəminin ələ keçirilməsi ilə bağlı əməliyyat görüntülərini yayımlayıb.
Kadrlarda İKK qüvvələrinin sürətli qayıqlarla gəmilərə yaxınlaşdığı və silahlı hərbçilərin gəmiləri nəzarətə götürdüyü əks olunub.
İran Müdafiə Nazirliyinin əvvəlki açıqlamasında da qeyd olunmuşdu ki, Hörmüz boğazında iki gəmi saxlanılıb. Bildirilib ki, “MSC Francesca” (sionist rejimlə əlaqəli olduğu iddia olunur) və “Epaminondas” adlı gəmilər lazımi icazələr olmadan fəaliyyət göstərdikləri və dəniz təhlükəsizliyi sistemlərinə müdaxilə edərək təhlükə yaratdıqları üçün saxlanılaraq İran sahillərinə yönləndirilib.
Aytən Yaşar/ Turkustan.az