ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən blokada çərçivəsində 31 gəminin geri qaytarıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, CENTCOM məsələ ilə bağlı açıqlamanı X sosial media platformasındakı rəsmi hesabı vasitəsilə yayıb.
Bəyanatda qeyd olunur ki, ABŞ qüvvələri blokada tədbirləri çərçivəsində 31 gəmiyə geri qayıtmaq və ya İran limanına yönəlmək barədə göstəriş verib. Gəmilərin böyük əksəriyyətinin bu təlimatlara əməl etdiyi bildirilir. Geri qaytarılan gəmilərin əsas hissəsini neft tankerləri təşkil edir.
CENTCOM-un 20 aprel tarixli əvvəlki açıqlamasında isə bildirilmişdi ki, blokadanın başladığı 13 apreldən etibarən 27 gəmi geri dönmək və ya istiqamətini dəyişmək barədə göstəriş almışdı.
Aytən Yaşar/ Turkustan.az