ABŞ prezidenti Donald Tramp çərşənbə günü İranla müharibənin başa çatması üçün heç bir zaman çərçivəsi olmadığını bildirib və qərarlarının siyasi mülahizələrlə əlaqələndirilməsi iddialarını rədd edib.
Turkustan.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tramp noyabrda keçiriləcək ABŞ ara seçkiləri ərəfəsində müharibəni bitirmək istədiyi barədə iddiaların “yalan” olduğunu deyib və İranla atəşkəsə nail olmaq üçün hər hansı vaxt təzyiqi olmadığını vurğulayıb.
“İnsanlar düşünür ki, mən bunu ara seçkilərə görə bitirmək istəyirəm, amma bu doğru deyil”, – deyə Tramp bildirib. O əlavə edib ki, administrasiya Amerika xalqı üçün yaxşı bir razılaşma əldə etməyə çalışır.
Aytən Yaşar/ Turkustan.az