ABŞ "Patriot" raketlərinin təxminən yarısını İrana qarşı müharibəyə xərcləyib


ABŞ ordusu “Patriot” hava hücumundan müdafiə sistemləri üçün tutucu raket arsenalının təxminən 50 faizini artıq istifadə edib.

Turkustan.az xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yeni qiymətləndirməsində qeyd olunur.

Ekspertlərin hesablamalarına əsasən, ABŞ-ın İrana qarşı müharibə başlamazdan əvvəl ehtiyatlarında “Patriot” sistemi üçün 2330 ədəd tutucu raket mövcud idi. Onların fikrincə, müharibə ərzində artıq 1060–1430 arasında raket istifadə olunub.

Bildirilir ki, bu tip raketlərin birinin qiyməti təxminən 3,9 milyon ABŞ dollarıdır. Eyni zamanda, istehsalçıdan yeni ehtiyatların çatdırılması üçün tələb olunan müddət təxminən 42 ay təşkil edir.

Qeyd olunur ki, “Patriot” tutucu raketlərindən 18 ölkə istifadə etdiyi üçün onlara qlobal tələbat yüksək olaraq qalır. İllik istehsalın təxminən yarısı isə ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının ehtiyatlarının artırılmasına yönəldilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ