Anası da həbs olundu


Türkiyənin Kahramanmaraş vilayətində məktəbə silahlı hücum edərək 9 nəfəri qətlə yetirən 8-ci sinif şagirdi İsa Aras Mersinli ilə bağlı istintaqda yeni detal ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyet nəşri məlumat yayıb.

Məlumata görə, hücumçunun müəllim işləyən anası Pınar Peyman Mersinli istintaq çərçivəsində məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə o, həbs edilib.

Bildirilib ki, istintaq zamanı ananın övladının davranışları və psixoloji vəziyyəti ilə bağlı yetərli tədbirlər görmədiyi ehtimal olunur. Bu səbəbdən hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilməsi qərara alınıb.

Qeyd edək ki, hadisə Türkiyədə geniş rezonans doğurub və məktəblərdə təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib. İstintaq davam edir. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ