ABŞ prezidenti Donald Tramp İranın maliyyə cəhətdən çökdüyünü iddia edərək bildirib ki, Tehran Hörmüz boğazının bağlı qalmasını istəmir, çünki bu vəziyyət ölkəyə gündə 500 milyon dollar zərər vurur.
Turukustan.az xəbər verir ki, Tramp sosial media paylaşımında İranın maliyyə iflası həddində olduğunu və boğazın dərhal açılmasını istədiyini qeyd edib.
O, həmçinin İranın nağd pul çatışmazlığı ilə üzləşdiyini və Hörmüz boğazının bağlanması səbəbindən ciddi iqtisadi itkilər verdiyini vurğulayıb. Trampın sözlərinə görə, İranda əsgər və polis əməkdaşları maaşların gecikməsindən şikayət edir.
Başqa bir paylaşımında Tramp iddia edib ki, İran ABŞ-ın tətbiq etdiyi blokada fonunda “nüfuzunu qorumaq” məqsədilə Hörmüz boğazını bağlamağa çalışır.
Tramp əlavə edib ki, əgər Hörmüz boğazı açılarsa, “İranla heç vaxt razılaşma əldə olunmayacaq”.
Aytən Yaşar/ Turkustan.az