İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Rusiya və Çinlə strateji tərəfdaş olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o qeyd edib ki, Tehran bu ölkələrlə uzun müddətdir sıx əməkdaşlıq edir və bu əməkdaşlıq, o cümlədən hərbi sahədə davam edir.
“Keçmişdə bu ölkələrlə sıx əməkdaşlıq etmişik və bu əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq davam edir. Bu məsələ ilə bağlı detallara girmək istəmirəm”, – deyə, nazir vurğulayıb.
Əraqçi həmçinin ABŞ-ın İranın Xarq adasına hücumunu şərh edərək bildirib ki, Vaşinqton hücumları qonşu ölkələrin ərazilərindən həyata keçirib.
ABŞ-da yayımlanan MS NOW televiziya kanalına müsahibəsində o deyib: “Onlar bu hücumları qonşularımızın ərazilərindən həyata keçiriblər. İndi isə şübhəsiz ki, həmin ərazilərdən bizə raket hücumları üçün baza kimi istifadə olunur”.
Nazirin sözlərinə görə, Tehran hücumları “anbaan” izləyib. O iddia edib ki, raketlərdən biri Ras əl-Xaymədən, digəri isə Dubaya çox yaxın bir ərazidən atılıb və hər ikisinin Birləşmiş Ərəb Əmirliklərinin ərazisindən buraxıldığı aydın görünür.
Aytən Yaşar/ Turkustan.az