Almaniya kansleri Fridrix Merz ortaq Avropa borclanması ilə bağlı sərt mövqeyini qoruduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o deyib: “Fərqli fikirlər ola bilər, lakin birgə borclanma ideyasını dəstəkləməyəcəyəm; istəsəm belə, bunu edə bilməzdim.”
Aİ ölkələrinin liderləri rəqabət qabiliyyətini artırmaq, daxili bazarı gücləndirmək və iqtisadi asılılıqları azaltmaq məqsədilə Belçikada yerləşən Alden Biesen qəsrində keçirilən qeyri-rəsmi sammitdə bir araya gəliblər.
Sammit çərçivəsində enerji xərclərinin azaldılması və Aİ-nin transsərhəd daxili bazarının fəaliyyətinin yaxşılaşdırılması məsələləri müzakirə olunub.
Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Merz Aİ layihələrinin avrobondlar vasitəsilə maliyyələşdirilməsinə qarşı olduqlarını bir daha vurğulayıb. O bildirib ki, ortaq borclanma mexanizminə Almaniya dəstək verməyəcək.
Aytən Yaşar/ Turkustan.az