“The New York Times” (NYT) qəzeti iddia edib ki, ABŞ hazırda Karib dənizində yerləşən “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini və onu müşayiət edən gəmiləri Yaxın Şərqə göndərəcək.
Turkustan.az xəbər verir ki, NYT-nin məlumatına görə, ABŞ administrasiyası İrana mümkün hücum planlarında yeni bir addım atıb.
Qəzetə danışan dörd hökumət rəsmisi bildirib ki, hazırda Karib dənizində yerləşən "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilərin Yaxın Şərqə göndərilməsi qərarı verilib.
Adları açıqlanmayan rəsmilər təyyarədaşıyan gəminin və onun qrupunun aprelin sonu və ya mayın əvvəlinə qədər öz limanlarına qayıtmayacağını bildiriblər.
Təyyarədaşıyan qrup artıq Yaxın Şərqdə olan USS Abraham Linkoln və onu müşayiət edən zərbə qrupuna qoşulacaq.
Bu yaxınlarda ABŞ media orqanları İrana mümkün hücum gözləntisi ilə Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi hücum qrupunun göndərilməsi üçün hazırlıqların aparıldığını iddia ediblər.
Aytən Yaşar/ Turkustan.az