Fevralın 13-14-də Ermənistanın paytaxtı İrəvanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli “dəyirmi masa” təşkil olunacaq.
Turkustan.az “Armenpress”ə istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin bir araya gəlməsi nəzərdə tutulur.
Məlumata görə, Azərbaycan nümayəndə heyəti quru sərhədin delimitasiya edilmiş hissəsi vasitəsilə Ermənistan ərazisinə daxil olub. Bu fakt iki ölkə arasında sərhədin müəyyən edilmiş seqmentindən keçid baxımından diqqət çəkir.
“Dəyirmi masa” müzakirələrində regional sabitlik, etimad quruculuğu tədbirləri, humanitar əməkdaşlıq və gələcək vətəndaş təşəbbüsləri kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Ermənistana gedən Azərbaycan nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:
1. Fərhad Məmmədov – Milli Koordinator, Cənubi Qafqaz Tədqiqat Mərkəzinin direktoru
2. Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru
3. Kəmalə Məmmədova – 1news.az saytının baş redaktoru
4. Ramil İskəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri
5. Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi
6. Könül Bədəlova – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi
7. Zaur Şiriyev – Karnegi Rusiya və Avrasiya Mərkəzinin eksperti
8. Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini
9. Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi
10. Rauf Ağamirzəyev – Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü
11. Gülbəniz Qənbərova – “Kənd Yerləri Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri
12. Nəzrin Əliyeva – “İnsan Hüquqlarına Dəstək Mərkəzi” İctimai Birliyinin nümayəndəsi
13. Eldar Həmzəli – Tədqiqatçı, Frilanser
14. Sənan Rzayev – CBC Televiziya Kanalının redaktoru və aparıcı siyasi şərhçisi
15. Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri
16. Emin Əliyev – TREND beynəlxalq xəbər agentliyinin baş redaktoru
17. Orxan Babayev – Cənubi Qafqaz Tədqiqat Mərkəzinin əməkdaşı
18. İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
19. Fuad Ağamalıyev – CBC Televiziya Kanalının Mühəndislik və Texniki Departamentinin direktoru
Qeyd edək ki, “Sülh Körpüsü” təşəbbüsü iki ölkə arasında dialoq platforması yaratmağı və vətəndaş cəmiyyətləri arasında birbaşa ünsiyyəti təşviq etməyi hədəfləyir.

/“Yeni Sabah”