Amerika Birləşmiş Ştatları İran sərhədlərinə yeni hərbi qüvvələr göndərməkdə davam edir.
Turkustan.az "The New York Times"a istinadən xəbər verir ki, İran sahillərinə "USS Gerald Ford" aviadaşıyıcı gəmisi göndərilib. Bu ABŞ-nin İran sahillərində "USS Abraham Linkoln"-la yanaşı 2-ci aviadaşıyıcısı olacaq.
İran ətrafındakı gərginlik fonunda Amerika dəniz qüvvələrinin bölgədəki mövcudluğunun əhəmiyyətli dərəcədə artmasını təmsil edir. Bölgəyə F-35C qırıcısı daxil olmaqla, təxminən 90 hərbi təyyarə, raket kreyseri və 110 Tomahawk qanadlı raketi ilə silahlanmış bir neçə esmines, eləcə də nüvə enerjisi ilə işləyən ballistik raket sualtı qayığı göndərilib.
Xatırladaq ki, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə danışıqlar aparılır.