Baerbok Aİ-ni BMT-ni müdafiə etməyə çağırdı


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Annalena Baerbock dünyanın BMT-yə ehtiyac duyduğunu vurğulayaraq Avropa İttifaqını (Aİ) bu qurumu müdafiə etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Baerbock Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edib. O bildirib ki, 2026-cı ilin ilk 40 günü Venesueladan İrana, Qrenlandiyadan Ukraynaya, Qəzzadan Sudana qədər bir çox bölgədə dərin böhranlarla yadda qalacaq.

Baerbock qeyd edib ki, beynəlxalq nizam təkcə ciddi təzyiq altında deyil, eyni zamanda birbaşa hücumlara məruz qalır. Onun sözlərinə görə, dünya daha da narahatedici yeni bir böhran növü ilə — beynəlxalq hüquqa açıq şəkildə meydan oxuyan münaqişələrlə üz-üzədir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ