Tramp: İran bizimlə danışıqlar aparır, hücum etməyimizi istəmir!


ABŞ prezidenti Donald Tramp İranın ABŞ tərəfindən hücuma məruz qalmaq istəmədiyi üçün ABŞ-la danışıqlar apardığını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Vaşinqtonda keçirilən ənənəvi Milli Dua Səhər Yeməyi mərasimindəki çıxışı zamanı İranla bağlı açıqlamalar verib.
Tramp Amerika ordusunu daha da gücləndirdiklərini izah edərək, Venesuela və İrana qarşı apardıqları hərbi "əməliyyatları" nümunə kimi göstərdi.

Tramp bildirib ki, "Onlar (iranlılar) bizimlə danışıqlar aparırlar, çünki bizim onlara hücum etməyimizi istəmirlər. Bilirsiniz, bizim İrana gedən böyük bir donanmamız var."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ