Rusiya mediası və Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Fransa prezidenti Emmanuel Makronu üç Afrika liderinə qarşı sui-qəsd cəhdləri ilə əlaqələndirən iddialar irəli sürüb.
Turkustan.az xəbər verir ki, iddialara görə, Fransa Afrikadakı itirilmiş təsirini bərpa etmək məqsədilə bu addımları atıb və Burkina Faso prezidenti İbrahim Traoreyə qarşı iddia olunan sui-qəsd Ukrayna ilə də əlaqələndirilir.
CNN TÜRK-ün xəbərinə görə, bu iddialar Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat ofisinin rəsmi açıqlamasına əsaslanır. Kaçmazın sözlərinə görə, Rusiya kəşfiyyatı Fransanın Afrikadakı nüfuzunu itirdiyini və bu itkini kompensasiya etmək üçün müxtəlif təşəbbüslər göstərdiyini iddia edir.
Bəyanatda qeyd olunur ki, Fransa Afrikadakı təsirini gücləndirmək üçün fəaliyyətlər həyata keçirir. Bu səylər arasında 3 yanvarda Burkina Faso prezidenti İbrahim Traoreyə qarşı sui-qəsd cəhdi də yer alır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin bu iddiaları öz rəsmi saytında açıqlaması diqqət çəkir.
İddialara görə, bəzi şəxslər Ukraynada dron əməliyyatları üzrə təlim keçiblər və Fransa Afrikadakı nüfuzunu artırmaq üçün bu cür metodlara əl atır. Bəyanatda həmçinin ABŞ-ın Venesuela prezidentinə qarşı əməliyyatının Fransanın hərəkətlərinə təsir göstərə biləcəyi vurğulanıb.
Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Fransa, xüsusən də keçmiş müstəmləkələrində nəzarəti bərpa etmək və üstünlük verdiyi liderləri hakimiyyətə gətirmək məqsədilə bu cür təşəbbüslər göstərir. /Musavat.com/