“Hinduşka aldım, şişirdilmiş toyuq çıxdı...” - Məşhur naşiri belə aldadıblar


“Yolüstü, xüsusən də Biləsuvar-Salyan istiqamətində yol kənarında “hinduşka”, “qaz” adı ilə satılan quşlara qarşı diqqətli olun. Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağını məsləhət deyil”.

Turkustan.az xəbər verir ki, bu haqda “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu paylaşımında qeyd edib.

“Bir neçə gün əvvəl yolüstü Biləsuvar körpüsünü keçib Salyan istiqamətində yolun kənarında hinduşka və qaz adı ilə quş satılması ilə bağlı paylaşım etmişdim. Qeyd etmişdim ki, aldığım quşlar sonradan hinduşka və qaz deyil, sadəcə toyuq çıxdı. Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə maraqlandı, yerində baxış keçirdi və mənim qeyd etdiyim fakt təsdiq olundu”, - deyə o bildirib.

Ş.Xuduoğlu əlavə olaraq qeyd edib:

“Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrusu, heç zaman inana bilməzdim ki, insanlarımız zəhərli qida satmaq həddində murdar və fırıldaqçı ola bilərlər. Qida Təhlükəsizlik Agentliyi yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərdim”./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ