MHP lideri Dövlət Bağçalı: "Səlahəddin Demirtaş evinə qayıtmalıdır"


“PKK-nın qurucu rəhbərliyinin 27 fevral 2025-ci ildə etdiyi çağırış Suriyada 337 gün sonra cavablandırıldı və bu, çox mühüm bir mərhələ oldu”.

Turkustan.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı parlamentdə partiyasının iclasında bildirib.

“Özümüzə qarşı dürüst olaq, PKK-nın qurucu rəhbərliyi bütün vədlərinə əməl etdimi? Bəli, etdilər. Separatçı terror təşkilatının ləğvini təmin etdilərmi? Bəli, etdilər”, - Bağçalı vurğulayıb.

O, Ədirnədə həbsdə olan Səlahəddin Demirtaşdan da danışıb:

“Öcalan ümidə, Demirtaş isə evinə dönənə qədər qərarımız bəllidir” /APA/


MANŞET XƏBƏRLƏRİ