Zelenskinin bu addımı Netanyahunu sevindirdi - Xamenei nə edəcək?


İsrail hökuməti Ukraynanın İranın İslam İnqilabı Keşikçilər Korpusunu (KİK) terror təşkilatı kimi tanımaq qərarını dəstəkləyib.

Turkustan.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, bu qərar diplomatik və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.

“Biz Prezident Volodimir Zelenskinin İran İnqilabı Keşikçilər Korpusunu terror təşkilatı kimi tanımaq qərarını dəstəkləyirik. Bu, terrora və repressiyalara qarşı, azadlıq uğrunda mühüm addımdır”.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa öz səhifəsində yazıb ki, İranın ölkə daxilində və xaricində terror siyasəti çoxsaylı qətllərə, sabitliyin pozulmasına və əziyyətlərə səbəb olub. Bu siyasət repressiyalar nəticəsində minlərlə insanın həlak olmasına, Ukraynada “Şahed” dronlarının istifadəsinə və digər ölkələrdə zorakılığa gətirib çıxarıb.

“Biz məsələləri öz adları ilə çağırmağa qərar verdik”, — deyə Sibiqa bildirib.

Bundan əvvəl İran parlamentinin spikeri Məhəmməd Baqir
Qalibaf bəyan etmişdi ki, Tehran Avropa İttifaqı ölkələrinin ordusunu terror təşkilatları siyahısına daxil edib. Qeyd olunurdu ki, bu qərar, əvvəlcə AB-nin KİK-i terror təşkilatları siyahısına salmasına cavab olaraq verilib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ