İranın ali rəhbəri Əli Xamənei davam edən etirazlara baxmayaraq hakimiyyətdən könüllü şəkildə getməyəcək.
Bunu İranın rəhbəri Əli Xaməneinin bacısı oğlu Mahmud Muradxani "Euronews" kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Xamənei “son damla qanına qədər” müqavimət göstərəcək.
Siyasi mühacir bildirib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xaməneinin könüllü şəkildə istefa verəcəyinə inanmır.
Xaməneini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.
Qeyd edək ki, 1986-cı ildən Fransada mühacirətdə yaşayan 62 yaşlı Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən otolarinqoloq həkimdir. O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini bildirib../Günaztv