Almaniya kansleri Fridrix Merz əvvəlki hökumətləri dünyanın ən bahalı enerji keçidini yaratdıqlarına görə tənqid edərək, ölkəsinin bütün nüvə elektrik stansiyalarının bağlanması qərarını "ciddi strateji səhv" adlandırıb.
Turkustan.az xəbər verir ki, Saksoniya-Anhalt əyalətindəki Halle-Dessau Sənaye və Ticarət Palatasının təşkil etdiyi tədbirdə çıxış edən Merz dünyanın ən bahalı enerji keçidini yaratdıqları üçün keçmiş kansler Angela Merkel də daxil olmaqla, sələflərinin enerji siyasətini sərt şəkildə tənqid etdi.
Merz Almaniyanın ən azı qalan son nüvə potensialını qorumalı olduğunu bildirərək dedi: “Əgər bunu edəcəksinizsə, eyni elektrik enerjisi istehsal gücünə sahib ola bilməyimiz üçün Almaniyadakı son nüvə elektrik stansiyalarını ən azı üç il əvvəl şəbəkədə saxlamalı idiniz. Enerji istehsalı gücü kifayət deyil”.
Aytən Yaşar/ Turkustan.az