Tramp Qəzzada Sülh Komitəsinin yaradılmasını elan etdi


ABŞ prezidenti Donald Tramp Qəzzada sülh komitəsinin yaradıldığını və üzvlərinin tezliklə elan ediləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp açıqlamasında bildirib ki, "Sülh Şurasının yaradılmasını elan etməkdən şərəf duyuram. Şuranın üzvləri tezliklə elan ediləcək, amma əminliklə deyə bilərəm ki, bu şura indiyə qədər yaradılmış ən böyük və ən nüfuzlu şuradır".

Tramp Qəzzada atəşkəs prosesinin ikinci mərhələsinə rəsmi olaraq daxil olduqlarını bildirərək, birinci mərhələdə döyüşlərin dayandırıldığını və Qəzzaya xeyli miqdarda humanitar yardımın çatdırıldığını iddia etdi.

ABŞ prezidenti yeni yaradılmış müvəqqəti texnokratik Fələstin administrasiyası ilə bağlı bunları bildirib: "Sülh Komissiyasının sədri olaraq, keçid dövründə Qəzzanı idarə etmək üçün Komissiyanın Ali Nümayəndəsi tərəfindən dəstəklənən yeni təyin olunmuş Fələstin texnokratik hökuməti olan Qəzza Administrasiyası Milli Komitəsini dəstəkləyirəm. Bu Fələstin liderləri dinc gələcəyə sarsılmaz sadiqdirlər."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ