“İran Yaxın Şərqdəki ABŞ obyektlərinə hücum edərsə, ciddi nəticələrlə üzləşəcək”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bunu etsələr, onları əvvəllər heç vaxt vurmadıqları kimi vuracağıq. Mənim çox güclü seçimlərim var . Bunu etsələr, çox güclü qüvvə ilə qarşılaşacaqlar”, - Amerika lideri bildirib.
Dekabrın 11-də İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bəyan edib ki, ABŞ-nin hücumu halında Tehran İsrail və Amerikanın Yaxın Şərqdəki hərbi hədəflərinə zərbə endirəcək./teleqraf