Venesuelada kütləvi talan halları qeydə alınmağa başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Karakasın La-Yaquara rayonunda yerləşən “Makro” supermarketinin qarət edildiyi əks olunur.
Turkustan.az xəbər veror ki, kadrlar Telegram kanallarında paylaşılıb.
Bundan əlavə bildirilir ki, Nikolás Maduro və həyat yoldaşı Silia Floresin olduğu təyyarə yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 01:30) ABŞ Milli Qvardiyasının Nyu-York ştatındakı Stüart aviabazasına enib. Daha sonra onlar ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə (DEA) aparılıb və saxlanma mərkəzinə yerləşdirilib.
NBC News telekanalının məlumatına görə, Maduro 5 yanvar tarixində Nyu-Yorkda məhkəmə qarşısına çıxarıla bilər.
Bizim.Media