ABŞ Venesuela prezidenti Nikolas Maduronun gündəlik qidasını, ev heyvanlarını, geyimlərini və digər detallarını araşdırıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan mətbuat konfransında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
Komitə rəhbərinin qeyd etdiyi kimi, Venesuela liderinin izlənməsi aylarla davam edib. Kəşfiyyat agentləri onun harada olduğunu müəyyən etmək üçün çalışıblar, hərəkətlərini, harada yaşadığını, hara səyahət etdiyini və nə yediyini diqqətlə araşdırıblar. Ev heyvanlarının olması kimi detallar da nəzərə alınıb.
Keyn Mar-a-Laqoda keçirilən mətbuat konfransında bildirib ki, "Qüvvələrimiz dekabrın əvvəlində hazırlıq vəziyyətinə gətirilib"./publika.az