İranda etirazçılarla təhlükəsizlik qüvvələri arasında gecə toqquşmaları – VİDEO


İranın bir sıra şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar gecə boyu davam edib.

Turkustan.az xəbər verir ki, görüntülər Telegram kanallarında yayılıb.

Məlumata görə, ölkədə rialın kəskin ucuzlaşması fonunda dekabrın sonlarından etiraz aksiyaları başlayıb. Yanvarın 2-də İranın qərbində yerləşən Həmədan şəhərində etirazçılar Quranı yandırıb, həmçinin məscidə hücum etməyə cəhd göstəriblər. Yerli KİV-lər bildirir ki, Sədəf rayonunda digər dini ədəbiyyat da yandırılıb.

Bundan əlavə, təxminən 20 nəfərlik qrupun məscidə hücumunun təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınıb. Hadisələrlə bağlı rəsmi qurumlar geniş açıqlama verməyib.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ