"CBS" Venesuelanın vurulan obyektlərinin peyk görüntülərini yaydı - FOTO


ABŞ-ın "CBS" televiziya kanalı Venesuelanın paytaxtı Karakasdakı "Fort Tiuna" hərbi kompleksinin peyk görüntülərini yayımlayıb.

Turkustan.az xəbər verir ki, dərc olunan fotoşəkillərdə dağılmış binalar və qara tüstü əks olunub.

Fotolarda həmçinin əraqzinin ABŞ hücumlarından əvvəl və sonrakı durumu müqayisəli şəkildə göstərilib. Bəzi fotoşəkillərdə zədələnmiş nəqliyyat vasitələri və dağılmış binalar da var.

Xatırladaq ki, yanvarın 3-də ABŞ tarixi əməliyyat həyata keçirdi. ABŞ ordusu Venesuelaya hava hücumu etdi, paytaxt Karakasda və "Fort Tiuna" hərbi bazasında bir sıra güclü partlayışlar baş verdi. "La Karlota" hava bazası, məşhur "El Volcan" siqnal ötürücüsü, "La Quayra" limanı və digər obyektlər də hədəfə alındı. Günün sonunda isə Venesuela prezidentinin tutularaq ABŞ-a gətirilməsi məlum oldu./publika.az


MANŞET XƏBƏRLƏRİ