Ermənistanda Azərbaycan benzininin satışı başladı – FOTO


“Ermənistanda “Titan” yanacaqdoldurma məntəqələrində də Azərbaycandan yaxın vaxtlarda idxal edilmiş benzin satılır”.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın “Tert” nəşri məlumat yayıb.

Dekabrın 19-da Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan bildirib ki, Gürcüstan ərazisi vasitəsilə Ermənistana 1300 ton həcmində, 22 vaqonla Azərbaycan mənşəli Aİ-95 markalı benzin gətirilib.

Nazirin sözlərinə görə, Azərbaycandan idxal olunan benzin Ermənistanda “premium” sinif yanacaq kimi, 430 dram qiymətinə satılacaq.

Ermənistanda Azərbaycan benzininin satışı başladı - FOTO
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ