Hərbi salam verən millət vəkilinin açıqlamaları Ərdoğanı qəzəbləndirdi


Bu yaxınlarda CHP-dən istefa edərək AK Partiyaya qoşulan Mersin millət vəkili Həsən Ufuk Çakırın təqaüd pensiyaları ilə bağlı açıqlamaları yeni müzakirələrə yol açıb.

Turkustan.az xəbər verir ki, Çakırın çıxışlarının prezident Rəcəb Tayyib Ərdoğanı da narahat etdiyi bildirilir.

AK Partiyaya qoşulduğu mərasimdə Ərdoğana hərbi salam verməsi ilə diqqət çəkən Həsən Ufuk Çakır, qatıldığı bir proqramda təqaüd pensiyalarını tənqid edən vətəndaşlara sərt reaksiya göstərib. Türkiyənin geosiyasi mövqeyini və təhlükəsizlik təhdidlərini ön plana çəkən Çakır, 20 min lirə məbləğində təqaüd pensiyası ilə bağlı müzakirələri kiçildici ifadələrlə tənqid edib. Onun bu açıqlamaları ictimaiyyətdə, xüsusilə də təqaüdçülər arasında ciddi narazılıq doğurub.

Mövzuya münasibət bildirən keçmiş AK Partiya millət vəkili Şamil Tayyar sosial media hesabında Çakırın fikirlərini qəbuledilməz adlandırıb. Tayyar həmçinin prezident Ərdoğan və partiya rəhbərliyinin də bu açıqlamalardan narahat olduğunu qeyd edib.

Paylaşımında parlament seçki sistemi ilə bağlı tənqidlərini bir daha gündəmə gətirən Tayyar, tək üzvlü seçki dairəsi sistemi təklifini yenidən müdafiə edib. Mövcud sistemi “lotereya əsaslı” parlament təmsilçiliyi kimi xarakterizə edən Tayyar, seçici iradəsini daha güclü əks etdirən bir modelin Parlamentin effektivliyini artıracağını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ