ABŞ və İsrailin hərbi gəmiləri Qırmızı dənizdə bir araya gəldi


ABŞ və İsrailin hərbi gəmiləri Qırmızı dənizdə birgə təlim keçib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, təlimlər İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ-ın 5-ci donanması arasında Qırmızı dənizdə davam edən əməkdaşlıq çərçivəsində keçirilib. Təlimlərdə ABŞ-ın raketli eskadrilyası "USS Delbert D. Black" və İsrailin "Saar 5" sinifli "INS Eilat" korveti iştirak edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ