“Ermənistan Baş naziri Nikol Paşinyan Adolf Hitlerlə müqayisə edilib.
Turkustan.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert Karen Vrtanesyan paylaşım edib.
O xatırladıb ki, baş nazir Almaniyada ruhanilərin siyasətlə məşğul olmasının yolverilməzliyindən danışıb:
“Bu cür fikirlər sonuncu dəfə Hitlerin hakimiyyəti dövründə səsləndirilib. O, katolik və protestant ruhanilərini konsentrasiya düşərgələrinə atıb, kilsə əmlakını ələ keçirib və bəzilərini öldürüb. Hitler hakimiyyətə ilk dəfə gələndə müxtəlif protestant kilsələrini birləşdirərək “Reyx Kilsəsi” adlı “dövlətpərəst” bir struktur yaratmağa çalışıb”.
Ekspert qeyd edib ki, ruhaniləri təqib etmək üçün kilsə keşişlərinin əxlaqsız hərəkətlərdə ittiham olunduğu sözdə “əxlaq məhkəmələri” də olub.
Xatırladaq ki, bir müddətdir Paşinyan və kilsə arasında gərginlik davam edir. /Globalinfo.az/