Finlandiya ordusu hava hücumundan müdafiə imkanlarını genişləndirərək ölkənin kritik infrastrukturunu dron hücumlarından qorumağa başlayıb.
Turkustan.az xəbər verir ki, Finlandiyanın Hava Hücumundan Müdafiə İnspektorluğundan bildirilib ki, ordunun ehtiyacları üçün Litvanın NT Service şirkətinə məxsus SkyWiper Omni Max adlı yüzlərlə dron-gücləndiricisi (siqnalboğucu) əldə olunub.
Bu cihazlar idarəetmə, video və naviqasiya siqnallarını bloklayaraq yüzlərlə metrlik “müdafiə qübbəsi” yaradır və hərbi bazalar kimi strateji obyektlərin ətrafında yerləşdiriləcək.
Bundan başqa, Finlandiya ordusu dron təhlükəsini daha dəqiq izləmək üçün yerli Sensofusion şirkətinin istehsalı olan Airfence əl detektorlarını alıb. Hədəfə dəqiq nişan almağı və dronların vurulmasını asanlaşdırmaq məqsədilə İsrailin Smartshooter şirkətinin Smash tipli tüfəng nişangahlarının da tədarükü təsdiqlənib.
Finlandiya rəsmiləri bildirir ki, bu addımlar Rusiyanın bölgədə yaratdığı təhlükəsizlik risklərinə cavab olaraq atılır və ölkənin hava məkanının müdafiəsini yeni mərhələyə çıxarır. /Bakıvaxtı.az/