ABŞ prezidenti Donald Tramp Karib dənizindəki əməliyyatlardan sonra ölkəyə dəniz yolu ilə daxil olan narkotiklərin 94 faiz azaldığını və tezliklə quru əməliyyatlarına başlayacaqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp ABŞ Dövlət Departamentinin Kennedi Mərkəzində Şərəf Medalının Təqdimetmə Mərasimindəki çıxışında narkotiklərlə mübarizə ilə bağlı qiymətləndirmələr edib.
Karib dənizində başlatdıqları əməliyyatların ardından ölkəyə dəniz yolu ilə daxil olan narkotiklərin yüzdə 94 azaldığına diqqət çəkən Tramp, “Qaçaq 6 faizi həll etməyə çalışıram, çünki onlar (qaçaqmalçılar) təxminlərimə görə çox cəsur insanlardır” dedi.
Tezliklə quru əməliyyatlarına başlayacaqlarına işarə edən Tramp, "Hər marşrutu, hər evi, yaşadıqları yeri bilirik. Onlarla bağlı hər şeyi bilirik" dedi.
Aytən Yaşar/ Turkustan.az