Çinin Jiangsu əyalətində 1500 il yaşı olan məbəd kompleksində tikilidə yanğın baş verdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Global Times-ın məlumatına görə, səlahiyyətlilər yanğınsöndürənlərin məbəd kompleksindəki Vençan Köşkündə başlayan yanğına sürətlə müdaxilə etdiyini və alovların tamamilə nəzarət altına alındığını bildirib.
Səlahiyyətlilər 1500 il əvvələ aid olan məbəddəki mövcud tikililərin qədim xarabalıq olmadığını bildirərək, yanğın zamanı zərər görən malikanənin 2009-cu ildə tikildiyini və heç bir tarixi əsərin olmadığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az