Ukrayna əlavə Patriot sistemləri almaq üçün tərəfdaşlarla işləyir - Zelenski


Ukrayna əlavə Patriot sistemləri almaq üçün ABŞ da daxil olmaqla tərəfdaşları ilə işləyir.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında Rusiya zərbəsindən sonra bərpa işləri davam edir.

"Zərbə kütləvi idi, çoxlu ballistik raketlər var idi - ən azı 25 ballistik raket, həmçinin aeroballistik və qanadlı raketlər, 450-dən çox müxtəlif tipli pilotsuz təyyarələr var idi. Bu, çox qəfil, əsasən nümayişkaranə zərbə idi", - Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu gecə ərzində Ukrayna Müdafiə Qüvvələri 400-dən çox pilotsuz uçan aparatı zərərsizləşdirib və bu, pilotsuz sistem bölmələri, ordu aviasiyası və mobil atəş qruplarının mühüm nəticəsidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ