İsrailin baş naziri Benyamin Netanyahu Türkiyənin onlara qarşı müxalif mövqedə olduğunu ifadə edib.
Turkustan.az xəbər verir ki, Netanyahu Jewish News Syndicate (JNS) telekanalına müsahibəsində Qəzzada razılaşdırılan atəşkəs və Türkiyənin İsrailə qarşı mövqeyindən danışıb.
İsrailin Qəzzada atəşkəsin qəbulu ilə əsas məqsədinin məhbusları geri almaq olduğunu müdafiə edən Netanyahu HƏMAS-ın tərksilah edilməli və idarəçilikdə iştirak etməməli olduğunu iddia etdi.
Qəzzada yerləşdirilə biləcək Beynəlxalq Stabilləşdirmə Qüvvələri ilə bağlı Netanyahu, "ABŞ çox açıqdır ki, bizim razılaşacağımız şəkildə olmalıdır. Beynəlxalq Stabilləşdirmə Qüvvələri çərçivəsində Qəzzaya girəcək hərbi qüvvələr yalnız bizim üçün məqbul olan qüvvələr olacaq"-deyə, bildirib.
Türkiyənin onlara qarşı müxalif mövqedə olduğunu vurğulayan Netanyahu, "Son illərdə İsrailə və sionizmə qarşı çox düşmən münasibət bəslədilər" dedi.
Əsirlərin azad edilməsində göstərdiyi köməyə görə Qətərə təşəkkür edən Netanyahu, onlarla Doha arasında narahatlıqlar olsa da, bu çətinlikləri aradan qaldırmaq və müsbət əməkdaşlıq qurmaq istədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az