Türkiyədə 1,7 milyard dollar dəyərində qızıl yataqları aşkar edildi


Türkiyənin mərkəzi Sivas vilayətində potensial həcmi təxminən 12 ton olan qızıl yatağı aşkar edilib.

Turkustan.az xəbər verir ki, indiki məzənnə ilə bu, təxminən 1,7 milyard ABŞ dollarıdır.

Bu barədə “Ermaden” mədən şirkətinin İctimaiyyəti Açıqlama Platformasının saytında dərc olunmuş məqaləsində deyilir.

“Gələn ilin ikinci rübünün sonuna kimi biz bu regionda konsolidasiya qazma işlərini tez bir zamanda başa çatdırmağı və bütün mümkün ehtiyatları real ehtiyatlara çevirməyi planlaşdırırıq”, - şirkətdən bildiriblər.

Ərazidə kəşfiyyat qazma işləri davam edir və potensial qızıl ehtiyatları arta bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ