Almaniya kansleri Merz Suriya prezidenti Şaranı Almaniyaya dəvət etdi


Almaniya kansleri Fridrix Merz Suriya prezidenti Əhməd Şaraanı Almaniyaya dəvət etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fridrix Merz Şlezviq Holşteyn əyalətinə səfəri zamanı Suriya prezidenti Şaraanı ölkənin sabitliyinə töhfə vermək və suriyalıların ora qayıtması məsələsini müzakirə etmək üçün Almaniyaya dəvət etdiyini bildirib.

Suriyaya deportasiyalarla bağlı ictimai müzakirələrə müraciət edən Merz: "Təbii ki, cinayətkarları Suriyaya deportasiya etməyə davam edəcəyik. Plan budur. İndi bunu konkret şəkildə həyata keçirəcəyik. Daxili İşlər Naziri də bu məsələ üzərində işləyir" dedi.

Suriyada vətəndaş müharibəsinin sona çatdığını vurğulayan Merz deyib:

"Almaniyada artıq sığınacaq hüququ yoxdur, ona görə deportasiyaya başlaya bilərik. Bununla belə, mən inanıram ki, hazırda Suriyada olan qaçqınların böyük bir hissəsi könüllü olaraq qayıdacaq və yenidənqurma işlərində iştirak edəcək. Bu insanlar olmadan yenidənqurma mümkün deyil. Almaniyada geri qayıtmaqdan imtina edənlər, təbii ki, yaxın gələcəkdə deportasiya oluna bilər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ