Prezident Ərdoğan rəsmi təmaslar üçün Körfəz səfərinin son ölkəsi olan Omanın paytaxtı Maskata gəlib.
Turkustan.az xəbər verir ki, Ərdoğanı Oman Sultanlığı hava limanında Oman Sultanı Heytham bin Tarık, Türkiyənin Maskatdakı səfiri Muhammet Hekimoğlu və səfirliyin əməkdaşları qarşılayıblar.
Bu arada prezident Ərdoğanın təyyarəsi Sultanat Özəl Hava Limanına enərkən Oman Hərbi Hava Qüvvələrinə məxsus təyyarə də müşayiət edib.
Prezident Ərdoğan Əl Aləm sarayında Oman Sultanı Heysəm bin Tarık tərəfindən rəsmi mərasimlə qarşılanacaq və onun şərəfinə verilən rəsmi şam yeməyinə qatılacaq
Aytən Yaşar/ Turkustan.az