Hindistanın neft idxalı ilə bağlı qərarları yalnız qlobal enerji bazarında qeyri-sabitlik şəraitində Hindistan istehlakçılarının maraqlarını qorumaq ehtiyacından irəli gəlir.
Turkustan.az xəbər verir ki, baş nazir Narendra Modinin ona Rusiya neftinin alınmasını dayandıracağına söz verdiyini iddia edən ABŞ prezidenti Donald Trampın bəyanatına Yeni Dehli bununla dolayı yolla cavab verib .
Hindistan Xarici İşlər Nazirliyi ölkənin enerji siyasətinin xüsusilə qeyri-sabit qlobal bazarda əhali üçün sabit təchizatı və münasib qiymətləri təmin etməyə yönəldiyini vurğulayıb.
" Hindistan əhəmiyyətli neft və qaz idxalçısıdır. Bizim dəyişməz prioritetimiz qeyri-sabit enerji vəziyyətində hindistanlı istehlakçıların maraqlarını qorumaqdır. Bizim idxal siyasətimiz tam olaraq buna yönəlib", - Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval bildirib.
O əlavə edib ki, Hindistanın yanaşmasına enerji mənbələrinin şaxələndirilməsi və bazar şəraitinə uyğunlaşdırılması daxildir.
"Sabit enerji qiymətlərinin və etibarlı təchizatının təmin edilməsi enerji siyasətimizin əsas məqsədlərindən ikisidir", - Jaisval qeyd edib.
Aytən Yaşar/ Turkustan.az