Venesueladan ABŞ-a: Biz müharibə istəmirik


Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsi sülh tərəfdarıdır və Karib dənizi regionunda müharibə istəmir.

Turkustan.az xəbər verir ki, paytaxt Karakasda keçirilən Milli Suverenlik və Sülh Şurasının iclasına qatılan Maduro ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyətini heç bir ad çəkmədən tənqid edib.

Maduro Əfqanıstan, İraq, Liviya, Argentina və Çilidə baş verən "mənfi hadisələrə" Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) cavabdeh olduğunu və Latın Amerikası ölkələrinin bu vəziyyətə qarşı birlikdə dayanması lazım olduğunu bildirib.

Ölkəsinin sülhdən yana olduğunu vurğulayan Maduro, “Biz Karib dənizində və ya Latın Amerikasında müharibə istəmirik, yalnız sülh istəyirik” deyib.

Maduro ABŞ imperializminin hamını bir ideyaya, vahid nizama və vahid hakimiyyətə tabe etdirməyə çalışdığını, lakin bu dövrün “çoxdan bitdiyini” bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ