Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbdən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb.
Turkustan.az xəbər verir ki, TƏBİB-dən teleqraf.az-a Ramiz Mehdiyevlə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırışın daxil olmadığı bildirilib.
Qeyd edək ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. 87 yaşlı akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur.